Lerikdə qarın hündürlüyü 26 sm-ə çatıb - FAKTİKİ HAVA

12:13 - 27 Yanvar 2018 - ÖLKƏ İÇİ

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti yanvarın 26-sı gündüzdən 27-si səhərədək müşahidə olunmuş faktiki havanı açıqlayıb.

 

"Ucnoqta.az" "Report"a istinadən xəbər verir ki, departamentdən bildirilib ki, əvvəlcədən xəbər verildiyi kimi, ölkə ərazisində yanvarın 26-sı gündüzdən 27-si səhərədək hava şəraiti qeyri-sabit keçib, yağış, sulu qar, qar yağıb. Bəzi yerlərdə intensiv olub.

 

Düşən yağıntının miqdarı Bakıda və Abşeron yarımadasında 3-18, Böyük Qafqazda 1-7, Qazax-Gəncə zonasında 1-6, Mərkəzi-Aran rayonlarında 1-20, Naxçıvan MR-da 4-5, Kiçik Qafqazda 4-5, Lənkəran-Astara zonasında 7-26 mm olub.

 

Qar örtüyünün hündürlüyü Rvarudda (Lerikin kəndi) 26, Lerikdə 20, Şahdağ, Yardımlıda 19, Sarıbaş, Kəlvəzdə 12, Altıağac, Kişçayda 10, Oğuz, Şamaxıda 6, Qırızda 5, Qəbələ, İsmayıllı, Mərəzədə 4, Gədəbəy, Ağdərə, Qusarda 3, Göygöl, Quba, Xaltanda 2, Şərur, Şəki, Xınalıqda 1 sm təşkil edib.

 

Duman Daşkəsən, Göygöl, Balakən, Qəbələ, Şəki, Qusar, Sarıbaş, Kişçayda müşahidə olunub, görünüş 200-500 metrədək məhdudlaşıb.

Xəbər xətti