Xarici İşlər Nazirliyinin Dövlət Protokolu idarəsinin rəisi səfir Pərvin Mirzəzadə Çili Respublikası (mənzil qərargahı Ankara) və Ekvador Respublikasının (mənzil qərargahı Tehran) Azərbaycan Respublikasına akkreditə olunmuş qeyri-rezident yeni səfirləri Xose Manuel Silva və German Alexandro Orteqa Almeydanın etimadnamələrinin surətlərini qəbul edib.
"Ucnoqta.az" Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Modern.az-a verilən məlumata istinadən bildirir ki, görüşdə ölkəmizin sözügedən ölkələrlə dostluq əlaqələrinin inkişaf perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.