İsrail öz məqsədlərinə nail ola bilmədi
Ucnoqta.az xəbər verr ki, bunu və İran prezidenti mesud Pezeşkian xalqa müraciətində deyib. Pezeşkian bildirib ki, İsrail İrana qarşı təcavüzün "dəhşətli bədəlini" ödədi.
“İran nüvə silahı əldə etmək niyyətində deyil, lakin “qanuni hüquqlarından” geri çəkilməyəcək”.
"Pezeşkian İrana qarşı "12 günlük müharibənin" başa çatması münasibətilə xalqa müraciət edib. Respublika prezidenti bunu "İran xalqının qələbəsi" adlandırıb. Tehranın İnqilab meydanında qələbə bayramı keçirilib. İranın Milli Təhlükəsizlik Şurası bildirib ki, ölkə “düşməni məğlubiyyətini etiraf etməyə və təcavüzü birtərəfli qaydada dayandırmağa məcbur edib”. Hakimiyyət vətəndaşları küçələrə çıxmağa və İsrail üzərində qələbəni qeyd etməyə çağırıb”