Genişmiqyaslı müharibə başlayandan bəri Rusiya Ukraynaya qarşı 28 743 “Şahed” PUA buraxıb.
Ucnoqta.az xəbər verir ki, bunu Ukrayna prezidenti Volodimir Zelenski NATO-nun Haaqa sammiti çərçivəsində Noderland parlamentində çıxış edərkən deyib.
Prezidentin sözlərinə görə, təkcə iyun ayında Rusiya 2736 “Şahed”lə Ukraynaya hücum edib.
"Rusiya İrandakı rejimlə əlaqələri olmadan heç vaxt bunu edə bilməzdi. Və biz Ukraynada sizin həmrəyliyiniz və tərəfdaşlarımızın dəstəyi olmadan heç vaxt bu pilotsuz təyyarələrin əksəriyyətini vura bilməzdik", - Zelenski qeyd edib.