Güclü silahlı qüvvələrimiz... - İran atəşi dayandırdı

07:21 - 24 İyun 2025 - DÜNYA

İsrailə qarşı hərbi əməliyyatlar çərşənbə axşamı səhər saat 4:00-da (Bakı vaxtı ilə 4:30-da) dayandırılıb,

Ucnoqta.az xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Abbas Əraqçi X-də yazıb

 “Bizim güclü silahlı qüvvələrimizin İsraili təcavüzünə görə cəzalandırmaq üçün hərbi əməliyyatları son dəqiqəyə kimi, səhər saat 4-ə (Bakı vaxtı ilə 4:30) qədər davam etdi.

O, həmçinin ölkəsini “son damla qanına qədər” müdafiə etməyə hazır olan və “düşmən hücumlarına” “son dəqiqəyə” qədər cavab verən İran hərbçilərinə təşəkkür edib.

Əraqçi daha əvvəl demişdi ki, əgər İsrail Tehran vaxtı ilə saat 4:00-dan gec olmayaraq hücumları dayandırarsa, İran hakimiyyəti “bundan sonra cavab tədbirlərini davam etdirmək niyyətində deyil”.

Xəbər xətti