Qətər hava məkanını müvəqqəti olaraq bağlayır

20:07 - 23 İyun 2025 - DÜNYA

Qətər hakimiyyəti vətəndaşların, sakinlərin və ziyarətçilərin təhlükəsizliyini təmin etmək üçün ölkənin hava məkanını müvəqqəti bağlayır.

Ucnoqta.az xəbər verir ki, bu barədə Qətər Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.

Açıqlamada deyilir ki, Qətər Dövlətinin vətəndaşlarının, sakinlərinin və ziyarətçilərinin təhlükəsizliyini təmin etmək öhdəliyinin bir hissəsi olaraq, səlahiyyətli orqanlar ölkənin hava məkanında nəqliyyatın hərəkətini müvəqqəti dayandırdığını elan edir.
"Bu, regionda baş verən hadisələrlə əlaqədar görülən qabaqlayıcı tədbirlər kompleksinin bir hissəsidir", - Xarici İşlər Nazirliyinin X səhifəsində dərc olunan bəyanatda.

Xəbər xətti