Almaniya İranı ABŞ-la birbaşa danışıqlara getməyə çağırıb

21:45 - 22 İyun 2025 - DÜNYA

İran ABŞ ilə birbaşa danışıqlara getməlidir.

Ucnoqta.az xəbər verir ki, Almaniyanın xarici işlər naziri Yohan Vadeful ABŞ-ın İrana zərbə endirməsindən sonra münaqişənin diplomatik yolla həllinə çağırıb.
Nazirin sözlərinə görə, Almaniya və onun avropalı müttəfiqləri bu prosesə dəstək vermək niyyətindədirlər. "Bu münaqişənin sülh yolu ilə həlli üçün bütün imkanlar var", - Almaniya Xarici İşlər Nazirliyinin rəhbəri qeyd edib.

Vadefulun sözlərinə görə, İranın uranın zənginləşdirilməsi “hər hansı ağlabatan mülki istifadədən çox kənara çıxır”.

Beləliklə, İran “qırmızı xətləri” keçib”, - Almaniyanın xarici işlər naziri bildirib. Onun sözlərinə görə, Almaniya həmişə bu nüvə proqramının İsrail üçün təhlükəli olduğunu müdafiə edib.

Xəbər xətti