İran ABŞ-nin nüvə obyektlərinə zərbələr endirməsinə nota verib

00:02 - 23 İyun 2025 - DÜNYA

İran Xarici İşlər Nazirliyi ABŞ-ın İranın üç nüvə obyektinə hərbi zərbələr endirməsi ilə bağlı ABŞ-ın bu respublikadakı maraqlarını da təmsil edən İsveçrənin Tehrandakı səfiri Nadine Lozanoya etiraz notası verib.

Ucnoqta.az xəbər verir ki, bu barədə “Tasnim” agentliyi məlumat yayıb.

Sənəddə qeyd edilir ki, ABŞ-nin hücumu BMT Nizamnaməsinin və dinc məqsədlər üçün istifadə edilən nüvə obyektlərinə hücumu qadağan edən digər sənədlərin kobud şəkildə pozulmasıdır.

İran Xarici İşlər Nazirliyinin ABŞ departamentinin rəhbəri İsa Kameli İsveçrə səfiri ilə söhbətində vurğulayıb ki, İran BMT nizamnaməsinə uyğun olaraq öz ərazisini müdafiə etmək, təhlükəsizlik və milli maraqları təmin etmək hüququna malikdir.
Öz növbəsində Lozano qeyd edib ki, notanı dərhal ABŞ hökumətinin nümayəndələrinə təhvil verəcək.

Xəbər xətti