Cəlilabadda itən 21 yaşlı gənc Bakıda tapıldı (Yenilənib)

21:22 - 20 İyun 2025 - HADİSƏ

İtkin düşən 21 yaşlı Cəlilabad sakini tapılıb.

Ucnoqta.az xəbər verir ki, Cəlilabad rayonunun Seyidbazar kənd sakini, 2004-cü il təvəllüdlü Əlisa Hüseynağa oğlu Mirzəyevin polis əməkdaşlarının keçirdikləri tədbirlərlə paytaxt ərazisində olduğu yer müəyyən edilib və tapılaraq ailəsinə təhvil verilib.

18.06/20:00

Cəlilabad rayon sakini itkin düşüb.

Ucnoqta.az xəbər verir ki, Cəlilabad rayon Seyidbazar kənd sakini, 2004-cü il təvəllüdlü Əlisa Hüseynağa oğlu Mirzəyev ötən gün evi tərk edərək, naməlum istiqamətə gedib.

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan bildirilib ki, hazırda həmin şəxsi tapılması istiqamətində polis əməkdaşları tərəfindən tədbirlər görülür.

Xəbər xətti