Nazir Tərtərdə vətəndaşları qəbul edib - FOTO

13:50 - 25 Yanvar 2018 - Xəbər

Fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov Tərtərdə vətəndaşları qəbul edib.
 
"Ucnoqta.az" APA-ya istinadən bildirir ki, rayon Gənclər Mərkəzində keçirilən qəbulda nazir müavinləri və müvafiq icra strukturlarının rəhbərləri də iştirak edib.
 
Nazir Bərdə, Ağdam və Tərtər rayon sakinləri, həmin rayonlarda məskunlaşan məcburi köçkünləri qəbul edib. Vətəndaşların müraciətlərinin bir qismi yerindəcə həllini tapıb. Araşdırılmasına ehtiyac olan bir sıra məsələlərin isə qanunvericiliyə uyğun, operativ həlli üçün müvafiq struktur rəhbərlərinə tapşırıqlar verilib.
 
Qəbulda Fövqəladə Hallar Nazirliyinin səlahiyyətlərinə aid olmayan müraciətlər aidiyyəti qurumlara çatdırılmaq üçün qeydiyyata alınıb və bununla əlaqədar vətəndaşlar arasında ətraflı izahat aparılıb.


Xəbər xətti