Bakıda türkiyəli iş adamının evindən 110 min dollar oğurlanıb

10:25 - 25 Yanvar 2018 - Xəbər

Bakıda türkiyəli iş adamının evi qarət edilib.
 
"Ucnoqta.az" APA-ya istinadən bildirir ki, hadisə paytaxtın Suraxanı rayonunda qeydə alınıb. Türkiyə vətəndaşı Selçuk Mahmud oğlu Tapan polisə müraciət edərək yanvarın 23-də yaşadığı evin pəncərəsindəki dəmir barmaqlıqları qırmaqla oradan 110 min dollar, 1000 avro və 4000 manatlıq qızıl-zinət əşyalarının oğurlandığını bildirib.
 
Daxil olan məlumat əsasında araşdırmalara başlanıb.
 
Hazırda hadisəni törədən şəxs və ya şəxslərin müəyyən edilərək tutulması istiqamətində əməliyyat-axtarışlar tədbirləri davam etdirilir.
 
Qeyd edək ki, Selçuk Mahmud oğlu Tapan Bakıda sahibkarlıq fəaliyyəti ilə məşğuldur. 

Xəbər xətti