Ötən gün 111 cinayət faktı qeydə alınıb

18:38 - 25 Yanvar 2018 - Xəbər

Ötən gün, yanvarın 24-də respublikanın daxili işlər orqanları 111 cinayət faktı qeydə alıb, onların da 18-i “isti izlər”lə açılıb.


"Ucnoqta.az" Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən "Report"a verilən məlumata istinadən bildirir ki, axtarışda olduğuna görə 22 nəfər saxlanılaraq aidiyyatı üzrə təhvil verilib.


Respublikanın avtomobil yollarında 3 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 2 nəfər ölüb, 2 nəfər xəsarət alıb.


Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 7, qanunsuz saxlanılan silah-sursatla bağlı 3 fakt müəyyən edilib.


Cinayət törətməkdə şübhəli bilinən 19 nəfər saxlanılıb.

Xəbər xətti