Göyərtəsində azərbaycanlı olan gəmi Yapon dənizində itib

09:41 - 25 Yanvar 2018 - Xəbər

Yapon dənizində balıqçı gəmisi itib.
 

"Ucnoqta.az" Trend-ə istinadən bildirir ki, gəminin göyərtəsində 21 nəfər var.
 

Hadisə yerinə 2 gəmi və 2 vertolyot göndərilib. Hazırda axtarış ərazisində iki xilasetmə jiletinin tapıldığı deyilir.
 

Həmçinin göyərtəsində xilasedicilər olan "Be-200" təyyarəsinin Yapon dənizində itən "Vostok" gəmisinin axtarışı aparılan əraziyə uçduğu bildirilir.
 

Mənbə RİA Novosti-yə bildirib ki, ekipaj üzvlərindən biri azərbaycanlıdır.

Xəbər xətti