Ötən gün 121 cinayət faktı qeydə alınıb

18:45 - 24 Yanvar 2018 - Xəbər

Azərbaycanın daxili işlər orqanları tərəfindən ötən gün ərzində 121 cinayət faktı qeydə alınıb, onların da 24-ü “isti izlər”lə açılıb.

"Ucnoqta.az" Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən “Report”a verilən məlumata istinadən bildirir ki, axtarışda olduğuna görə 19 nəfər saxlanılaraq aidiyyatı üzrə təhvil verilib.
Respublikanın avtomobil yollarında 2 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 3 nəfər xəsarət alıb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 14, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 33 nəfər saxlanılıb.

Xəbər xətti