Bakıda banka basqın olub

15:42 - 18 Yanvar 2018 - HADİSƏ

Hadisə yerinin yaxınlığında olan polis əməkdaşları həmin şəxsi yaxalayıb

“Turanbank”ın Bakıdakı filiallarından birinə basqın olub. Ucnoqta.az “Report”a istinadən xəbər verir ki, hadisə bankın Nizami küçəsi-53 ünvanında yerləşən Yasamal filialında qeydə alınıb.
Məlumata görə, əlində kəsici alət olan naməlum şəxs filialın kassasına yaxınlaşaraq kassirdən hədə-qorxu ilə pul tələb edib.
Hadisə yerinin yaxınlığında olan polis əməkdaşları həmin şəxsi yaxalayıb.

Fakt üzrə araşdırmalar davam etdirilir.

Xəbər xətti