Bakının bir hissəsində su olmayacaq - Xəbərdarlıq

09:37 - 17 Yanvar 2018 - Xəbər

 Bu gün Müşfiqabad qəsəbəsindən Sulutəpə qəsəbəsinə qədər ərazidə Şollar-Bakı su kəmərindən qidalanan istehlakçıların su təchizatında məhdudiyyətlər olacaq.

"Ucnoqta.az" “Report”a istinadən xəbər verir ki, bu barədə “Azərsu” ASC məlumat yayıb.

Qeyd oıunub ki, məhdudiyyətlər Bakı Metropoliteninin "Bənövşəyi" xəttinin elektrik deposunun tikintisi layihəsi çərçivəsində “Yeni Avtovağzal” yaxınlığından keçən magistral su kəmərlərinin yerinin dəyişdirilməsi ilə əlaqədardır.

Xəbər xətti