Azərbaycanda meşələrin aerokosmik monitorinqi aparılacaq

20:19 - 16 Yanvar 2018 - Xəbər

Meşələrin aerokosmik monitorinqinin aparılması məqsədilə AMEA Coğrafiya İnstitutu və “Azərkosmos” ASC arasında Niyyət Protokolu imzalanıb.

"Ucnoqta.az" İnstitutdan "Ölkə.Az"a verilən məlumata istinadən bildirir ki, protokola əsasən, məsafədən müşahidə məlumatları əsasında mövcud meşə örtüyü hüdudlarının və sərhədlərinin dəqiqləşdirilməsi, meşə sahələri sıxlığının qiymətləndirilməsi aparılacaq.
 

Eyni zamanda meşələri formalaşdıran əsas ağac növlərinin (fistıq, vələs və palıd) paylanılması xəritələrinin tərtib olunması, təbii və antropogen təsirlər səbəbindən dəyişikliklər baş verən sahələrin müəyyən olunması istiqamətində işlər həyata keçiriləcək.

Xəbər xətti