Bərdə rayonunun Güloglular kəndində ümumi sahəsi 44 kv.m olan birmərtəbəli 2 otaqlı evin bir otağının yanar konstruksiyaları və ev əşyaları 22 kv.m sahədə yanıb.
"Ucnoqta.az" Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata istinadən bildirir ki, yanğının kəşfiyyatı zamanı 2012-ci il təvəllüdlü Novruzova Ruqiyyə Samir qızının yanmış cəsədi aşkar olunub.
Yanğın zamanı 1 nəfər müxtəlif yanıq xəsarətləri ilə Təcili və Təxirəsalınmaz Tibbi Yardım Xidməti tərəfindən Bərdə Şəhər Mərkəzi Xəstəxanasına aparılıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.