Qanlı hadisə Yasamal rayonu, X. Mustafayev küçəsində baş verib.
"Ucnoqta.az" “Ölkə.Az”-a istinadən bildirir ki 1970-ci il təvəllüdlü Ələsgərov Şahin Rasim oğlu yaşadığı binanın həyətində avtomobilini saxlayarkən onunla qonşusu arasında mübahisə yaranıb.
Mübahisə zamanı qonşusu 1960-cı il təvəllüdlü Rzayev Vidadi Dilavər oğlu ona 9 bıçaq zərbəsi vurub.
Ş. Ələsgərov ağır vəziyyətdə 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilsə də, onun həyatını xilas etmək mümkün olmayıb.
Yasamal rayon Polis İdarəsi 29-cü polis bölməsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində hadisəni törədən saxlanılaraq rayon prokurorluğuna təhvil verilib.
Faktla bağlı Yasamal Rayon prokurorluğunda cinayət məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.