Lənkəranda iki uşaq atası özünü asdı

11:11 - 12 Yanvar 2018 - HADİSƏ

Lənkəran rayonunda gənc oğlan intihar edib.

"Ucnoqta.az" "Report"a istinadən məlumatına görə, hadisə rayonun Girdəni kəndi ərazisində baş verib. 

Belə ki, kənd sakini,1990-cı il təvəllüdlü  Şərafəddin Rafael oğlu İsmayılov yaşadığı evin həyətindəki yarımtikilidə özünü asaraq intihar edib. 

Onun meyitini asılmış vəziyyətdə atası görüb. Meyit müayinə olunmaq üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran Şəhər Şöbəsinə yerləşdirilib.

Qeyd edək ki, Ş.İsmayılov iki uşaq atası olub. Onun ailəsi ilə probleminin olduğu və bu səbəbdən intihar etdiyi bildirilir.

Faktla bağlı araşdırma aparılır. 

Xəbər xətti