“Çimərlikdən gec gəldi, bıçaqladım...”

17:12 - 10 Yanvar 2018 - HADİSƏ

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində icazəsiz çimərliyə gedən  qızını bıçaqlamaqda təqsirləndirilən Aynurə Rüstəmovanın məhkəməsi keçirilib.

 

"Ucnoqta.az" "Qafqazinfo”ya istinadən bildirir ki, hakim Əfqan Hacıyevin icraatında olan prosesdə ifadə verən A.Rüstəmova özünü günahkar bildiyini deyib: “Mənim iki qızım var, amma böyük qızım Cəmalə sözümə baxmırdı. Həmin gün də yoldaşım xəstə idi, evdə yataqda yatırdı. Bir az söz-söhbət oldu,  Cəmalə də həmin vaxt qapıda dayanmışdı. Ona dedim ki, bu tərəfə keç, sözümə baxmadı, əsəbiləşib vurdum”.

 

Məhkəmədə məlum olub ki, A.Rüstəmova istintaq zamanı qızını ondan icazəsiz çimərliyə getdiyi üçün vurub:

 

“Yoldaşımdan ayrılmışam, evlərdə xadiməlik edərək qızlarımı böyütmüşəm. Həmin gün Cəmalə icazəsiz çimərliyə getmişdi, ordan da gec gəldi. Mən bunu irad bildirdim, sözümə qulaq asmadı, mübahisə etdik, onu bıçaqla vurdum”.

 

Zərərçəkən C.Rüstəmova xanəndəliklə məşğul olub. Anası bildirib ki, o hazırda Türkiyədə olduğu üçün gəlib ifadə verə bilmir.

 

Qeyd edək ki, A.Rüstəmova barəsində həbs qərarı verilməyib, o hazırda azadlıqdadır.

Xəbər xətti