Yeraltı təkanlar yanvarın 9-da yerli vaxtla saat 21:39-da Xəzər dənizində qeydə alınıb
Xəzər dənizində zəlzələ olub. Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən verilən məlumata görə, yeraltı təkanlar yanvarın 9-da yerli vaxtla saat 21:39-da Xəzər dənizində qeydə alınıb.
Maqnitudası 3,2, dərinliyi 45 km olan zəlzələ hiss olunmayıb.