Ucnoqta.az
www.ucnoqta.az

Xəzərdə zəlzələ olub

10:18 - 10 Yanvar 2018 tarixində dərc olunub.

Yeraltı təkanlar yanvarın 9-da yerli vaxtla saat 21:39-da Xəzər dənizində qeydə alınıb

Xəzər dənizində zəlzələ olub. Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən verilən məlumata görə, yeraltı təkanlar yanvarın 9-da yerli vaxtla saat 21:39-da Xəzər dənizində qeydə alınıb.

Maqnitudası 3,2, dərinliyi 45 km olan zəlzələ hiss olunmayıb.

Müəllif: