İntihar edən şairin dəhşətli statusları... - 1 saat əvvəl dənizdən şəkil paylaşdı

10:16 - 9 Yanvar 2018 - HADİSƏ

Dünən özünü dənizə ataraq intihar edən 23 yaşlı tələbə Məlik Cahangirovla bağlı bəzi detallar məlum olub.
 

"Ucnoqta.az" “Qafqazinfo”ya istinadən xəbər verir ki, Lerik rayon sakini olan gənc uzun müddətdir “Məlik Cahan” imzası ilə şeirlər yazırmış. O, son günlər sosial şəbəkədəki hesabında pessimist paylaşımlar edib və yaxın dostlarına özünü öldürəcəyini deyib. 
 

İntihar etdiyi gün səhər saat 10:13-də bu məzmunda status yazıb: “Sabahınız xeyir, gözəl insanlar. Nə gözəl gündür belə”. Dostları isə bundan sonra hər şeyin qaydasında getdiyinə arxayın olublar, M.Cahan  16:45-də özünü dənizə ataraq intihar edib. Yanvarın 6-sı saat 12:58-də intiharına “52 saat 2 dəqiqə” qaldığını, yanvarın 8-i saat 15:59-da isə “1 saat 1 dəqiqə” qaldığını öz hesabında yazaraq paylaşıb.
 

Özünü dənizə atmadan bir saat öncə intihar edəcəyi yerin şəklini çəkərək şeirlə birlikdə paylaşıb.


Xəbər xətti