Azərbaycandan Türkiyəyə hərəkət edən sərnişin avtobusu Gürcüstanın şərq hissəsində olarkən yanıb.
"Ucnoqta.az" Trend-ə istinadən bildirir ki, bu barədə Gürcüstanın İctimai Televiziyası xəbər yayıb.
Avtobusda 50 sərnişin - müxtəlif ölkələrin, o cümlədən Rusiya vətəndaşları olub.
Hadisə zamanı sərnişinlər dərhal avtobusu tərk etdiyindən xəsarət alan olmayıb.
Nəqliyyat vasitəsi tamamilə yanıb.
Fakt araşdırılır.