Goranboyda kütləvi dava — Ölən və yaralananlar var

09:58 - 5 Yanvar 2018 - HADİSƏ

Goranboyun Dəliməmmədli qəsəbəsində kütləvi dava olub.

"Ucnoqta.az" APA-ya istinadən bildirir ki, dava zamanı  bir nəfər qətlə yetirilib, bir neçə nəfər isə bıçaq xəsarəti alıb. 
 
Kütləvi dava zamanı bıçaqla qətlə yetirilən şəxs Dəliməmmədli qəsəbə sakini 1996-cı il təvəllüdlü Cəbrayılov Zülfüqardır. Bıçaq xəsarətləri alanlardan birinin kimliyi bəlli olub - Dəliməmmədli qəsəbə sakini 1995-ci il təvəllüdlü Hatəmi Anar Azad oğludur.  
 
İnsident zamanı daha bir neçə nəfərin bıçaqlandığı bildirilir.   
 
Yaralılar Gəncədəki xəstəxanalara yerləşdiriliblər.
 
Hazırda hadisə yerində hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən araşdırma aparılır.  

Xəbər xətti