Bakı-Şamaxı-Yevlax avtomobil yolunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Ucnoqta.az APA-ya istinadən xəbər verir ki, ötən gecə yolun 155-ci kilometrliyində, Ağsu aşırımında Sumqayıt şəhər sakini, 1969-cu il təvəllüdlü Cəfərov Bəhruz Məşədi oğlu idarə etdiyi “Renault” markalı minik avtomobili ilə doğulduğu Qazax rayonuna gedərkən ailə üzvləri ilə birgə qəzaya düşüb. Sürücü Ağsu dolaylarında qatı duman səbəbindən yolun hərəkət zolağını görməyib və idarəetməni itirərək avtomobili dərəyə aşırıb. Nəticədə sürücü B. Cəfərov və həyat yoldaşı, 1974-cü il təvəllüdlü Cəfərova Sevinc Mustafa qızı, 25 yaşlı qızı Güləndam Cəfərli ağır bədən xəsarətləri alaarq, təcili tibbi yardım avtomobili ilə Ağsu rayon Mərkəzi Xəstəxanasına aparılıblar. Həkimlərin yardımına baxmayaraq, Bəhruz Cəfərov xəstəxanada ölüb. Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır.