Bakıda gözəllik salonunu qarət edən şəxs saxlanılıb

13:57 - 2 Yanvar 2018 - HADİSƏ

Bakıda gözəllik salonu qarət edilib. Ucnoqta.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, yanvarın 1-də saat 1 radələrində Nəsimi rayonu ərazisindəki gözəllik salonlarından birinə gəlmiş naməlum şəxs kassadan içərisində 5000 manat və müxtəlif kartlar olan pulqabını soyğunçuluq yolu ilə aparıb. Aparılmış əməliyyat-axtarış tədbirləri ilə soyğunçuluğu törətməkdə şübhəli bilinən Ağdam rayon sakini Ağadadaş Ağayev Nəsimi rayon Polis İdarəsi Post Patrul Xidməti bölüyü və rayon Mühafizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Xəbər xətti