Nazirlər Deputatlar İcra başçılarının maaşı nə qədərdir- Sensasion SİYAHI

11:25 - 28 Dekabr 2017 - ÖLKƏ İÇİ

Azərbaycan Prezidenti və nazirlər nə qədər maaş alır Bu cəmiyyət tərəfindən həmişə maraqla qarşılanıb.

 

Ucnoqta.az Azərbaycan Prezidentinin, nazirlər, komitə sədrlərinin, icra başçılarının maaşlarını təqdim edir:

 

 İlham Əliyevin maaşı 8 ildir ki, dəyişmir.

Son seçkilərdən sonra Azərbaycan prezidenti and içdi və Nazirlər Kabinetinin yeni tərkibi formalaşdı.

Azərbaycan prezidenti İlham Əliyev 8 ildir eyni məbləğdə maaş alır - 15 000 manat.

Azərbaycan prezidenti öz maaşının artırılmasını 2005-ci ildə dayandırıb. Onun təşəbbüsü ilə Azərbaycan prezidentinin “minimum əmək haqqının 600 misli” qədər maaş alması müddəası Seçki Məcəlləsindən çıxarılıb və dövlət başçısının maaşı 15 min manat müəyyən edilib. Həmin dövrdən bəri ölkədə minimum əmək haqqı dəfələrlə artırılsa da, bu, prezidentin maaşına təsir etmir.

Azərbaycanda Baş nazirin aylıq məvacibi 2406 manatdır. Baş nazirin 1-ci müavini 2125 manat, müavinləri isə 2031 manat maaş alırlar.

Hökumətin tərkibində yer alan nazirlərin, komitə və fond sədrlərinin aylıq maaşı isə 1875 manat təşkil edir.

Dövlət Komitəsi sədrinin,

Milli Bankın idarə heyətinin və

Dövlət Sosial Müdafiə Fondunun
sədrinin birinci müavini                                                 - 1000 manat

Nazirin, Dövlət Komitəsi sədrinin, 
Milli Bankın idarə heyətinin və
Dövlət Sosial Müdafiə Fondunun
sədrinin müavini, Mərkəzi İcra
hakimiyyəti orqanlarına bərabər
tutulan icra hakimiyyəti orqanının
rəhbərinin birinci müavini                                             - 875 manat

Mərkəzi icra hakimiyyəti
orqanlarına bərabər tutulan
icra hakimiyyəti orqanının
rəhbərinin müavini    

                                                    - 800 manat

Şəhər və rayon icra hakimiyyəti başçılarının aylıq vəzifə maaşları

Bakı şəhəri                                                                - 1500 manat

Gəncə və Sumqayıt şəhərləri                                       - 875 manat

Şəhərlər, rayonlar və şəhər tabeliyində olan rayonlar üzrə:

Əhalisi 50 min nəfərdən çox olan rayonlar                    - 750 manat

Əhalisi 50 min nəfərədək olan rayonlar                         - 600 manat

 

Bundan başqa rəhbər işçilərə səlahiyyətlərinin icrası ilə bağlı təmsilçilik xərclərinin ödənilməsi üçün vəzifə maaşlarının 25 faizi məbləğində aylıq əlavə pul təminatı verilir.Eyni zamanda bu maaşlar bir qədər əvvəlin statistikası olduğu üçün əmək haqlarında artımlar olmuşdur.

 

Milli Məclisin sədri

2925

Deputatlar maaşlarına vergidən azad olan aylıq 50 faiz təmsilçilik haqqı alırlar. Siyahıda həmin faiz də hesablanıb. Amma maaşın əsas məbləğindən tutulan vergilər nəzərə alınmayıb. Bundan başqa, onların maaşlarına xırda məbləğli bir neçə ödənişlər də var.

Milli Məclis sədrinin birinci müavini

2632

Milli Məclis sədrinin müavini

2486

Milli Məclisin komitə və komissiya sədri

2340

Milli Məclisin komissiya sədrinin müavini

2194

Milli Məclisin deputatı

2048

 

Xəbər xətti