Bu gün Xəzər rayonunda işıq fasilələrlə veriləcək - Xəbərdarlıq

09:46 - 27 Dekabr 2017 - Xəbər

Bakının Xəzər rayonunun bir hissəsində elektrik enerjisinin verilişində fasilələr yaranacaq.
 

"Ucnoqta.az" Azərişıq ASC-dən Trend-ə verilən məlumata istinadən bildirir ki, Binə-Sovxoz yaşayış massivində 10 kV-luq yeni elektrik verilişi xəttinin quraşdırılması işləri ilə əlaqədar olaraq 27 dekabr 2017-ci il tarixində saat 10.00-dan 15.00-a qədər Xəzər rayonunun bəzi ərazilərində elektrik enerjisinin verilişində qısa müddətli fasilələr yaranacaq.
 

Yaranmış narahatçılığa görə “Azərişıq” ASC İstehlakçılardan üzr istəyir.

Xəbər xətti