Ucnoqta.az
www.ucnoqta.az

Bu gün Xəzər rayonunda işıq fasilələrlə veriləcək - <font color=red><b>Xəbərdarlıq</b></font>

09:46 - 27 Dekabr 2017 tarixində dərc olunub.

Bakının Xəzər rayonunun bir hissəsində elektrik enerjisinin verilişində fasilələr yaranacaq.
 

"Ucnoqta.az" Azərişıq ASC-dən Trend-ə verilən məlumata istinadən bildirir ki, Binə-Sovxoz yaşayış massivində 10 kV-luq yeni elektrik verilişi xəttinin quraşdırılması işləri ilə əlaqədar olaraq 27 dekabr 2017-ci il tarixində saat 10.00-dan 15.00-a qədər Xəzər rayonunun bəzi ərazilərində elektrik enerjisinin verilişində qısa müddətli fasilələr yaranacaq.
 

Yaranmış narahatçılığa görə “Azərişıq” ASC İstehlakçılardan üzr istəyir.

Müəllif: