Ümumdünya Səhiyyə Təşkilatı — "Kompüter oyunlarından asılılıq ağıl xəstəliyidir

22:56 - 25 Dekabr 2017 - Xəbər

Ümumdünya Səhiyyə Təşkilatı kompüter oyunlarından asılılığı ağıl xəstəliyi kimi adlandırmağa hazırlaşır.

Qurum 1990-cı ildə yenilənən "Xəstəliklərin Beynəlxalq Sinifləndirilməsi" siyahısını 2018-ci ildə yeniləcəyini və kompüter oyunlarından asılılığı da buraya əlavə edəcəyini açıqlayıb.
 

Təşkilatın Ağıl Xəstəliyi departamentinin nümayəndəsi Vladimir Poznyak kompüter oyunlarından asılılığın önəmli bir mövzu olaraq tanınmasının kritik olduğunu bildirib: "Mütəxəssislər kompüter oyunlarından asılılığın ciddi nəticələr meydana çıxaracağının fərqinə varmalıdırlar. Hər spirtli içki içən şəxs alkoqolik olmadığı kimi kompüter oyunu oynayan hər şəxs də ağıl xəstəsi deyil. Amma müəyyən vəziyyətlərdə ifrat dərəcədə oyun oynamaq mənfi təsirlərə səbəb ola bilər".




//Ölkə.Az//

Xəbər xətti