DİM 205 nəzarətçi müəllimi bazadan çıxardı

11:19 - 25 Dekabr 2017 - Xəbər

Bu il Dövlət İmtahan Mərkəzinin (DİM) keçirdiyi imtahanlarda iştirak etmiş 205 nəzarətçi-müəllim bazadan xaric edilib.
 
"Ucnoqta.az"-ın məlumatına görə, DİM Direktorlar Şurasının sədri Məleykə Abbaszadə bildirib ki, 205 nəzarətçi-müəllim müxtəlif qayda pozuntularına, köçürmə hallarına yol verdikləri üçün bazadan xaric olunublar.
 
M. Abbaszadə qeyd edib ki, nümunəvi fəaliyyətinə görə 1000 nəzarətçi müəllimə təşəkkür elan edilib, 15 nəzarətçi-müəllim və 5 imtahan rəhbərinin Fəxri fərmanla təltif edilməsi barədə qərar qəbul edilib.




//APA//

Xəbər xətti