Eldar Rzayev birinci vitse-prezidentin protokol sektorunun müdiri təyin edildi

19:35 - 23 Dekabr 2017 - Xəbər

Azərbaycanın Birinci vitse-prezidentinin Katibliyində yeni təyinat olub.
 

"Ucnoqta.az" “Report”-a istinadən xəbər verir ki, Prezident İlham Əliyevin sərəncamı ilə Eldar Rzayev Azərbaycan Respublikası Prezidentinin protokol xidməti rəisinin müavini - Birinci vitse-prezidentin protokol sektorunun müdiri təyin edilib.
 

Bu sərəncama qədər E.Rzayev Azərbaycan Respublikası Prezidentinin Protokol xidməti rəisinin müavini vəzifəsini tuturdu.

Xəbər xətti