Peterburqda həmyerlisini öldürən azərbaycanlıya hökm oxundu

11:19 - 23 Dekabr 2017 - Xəbər

Peterburqun Frunze rayon məhkəməsi Sofiysk tərəvəz bazasında baş verən səs-küylü cinayət işini yekunlaşdırıb.
 

Ucnoqta/az  "Ölkə.Az"a istinadən xəbər verir ki, Emil Hüseynovun cinayəti sübuta yetirilib. Hüseynov günahını etiraf edib və əməkdaşlıq barədə söz verib.

 

Məhkəmənin hökmü ilə Emil 12 il müddətinə azadlıqdan məhrum edilib. O, 12 ilini ciddi rejimli həbsxanada keçirəcək.

Qeyd edək ki, səs-küylü cinayət 2016-cı ilin 20 iyun tarixində baş verib. Hadisə şahidlərinin polisə verdiyi xəbərə görə Sofiysk tərəvəz bazasında satıcılar "ədalət məhkəməsi" təşkil ediblər.

 

Hadisə yerinə gələn polislər müəyyən ediblər ki, bazanın azərbaycanlı və tacik işçiləri Hüseynovu döyüblər. Hüseynov isə satıcılardan birinə atəş açaraq onu qətlə yetirib.

Xəbər xətti