Prezidenti Yaponiyanın imperatorunu təbrik edib

18:05 - 22 Dekabr 2017 - Xəbər

 Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Yaponiyanın İmperatoru Əlahəzrət Akihitoya təbrik məktubu ünvanlayıb.

Təbrik mətnində deyilir: 

"Əlahəzrət,
Yaponiyanın milli bayramı – Təvəllüd Gününüz münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza şəxsən öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi və xoş arzularımı yetirirəm.

Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı və xoşbəxtlik, dost Yaponiya xalqına daim əmin-amanlıq və firavanlıq diləyirəm".

 

//Report// 

Xəbər xətti