Marsda niyə həyat yoxdur? — ALİMLƏRDƏN YENİ KƏŞF

22:45 - 22 Dekabr 2017 - Xəbər

İngiltərədə aparılan tədqiqat nəticəsində "Marsda niyə həyat yoxdur" sualına cavab tapılıb.

Ucnoqta.az "Ölkə.Az"a istinadən xəbər verir ki, Marsda suyun və həyatın olmamasının səbəbi planetin qaya strukturudur.

Araşdırma İngiltərənin Oksford universitetində aparılıb. Məlum olub ki, planetin qaya strukturu suyun üzdə qalmasına mane olur. Marsdakı qayalar dünyadakılara nisbətən 25% daha çox su tuta bilir və su bu qayalarla planetin mərkəzinə doğru axır.

Marsın səthi 3 milyard il əvvəl su ilə dolu olub. Amma bu suyun nə olduğu uzun illərdir ki, mübahisə mövzusudur.

Xəbər xətti