Həyat yoldaşını öldürərək ölkədən qaçmaq istəyən şəxs tutulub

22:00 - 22 Dekabr 2017 - Xəbər

Həyat yoldaşını öldürərək ölkədən qaçmaq istəyən şəxs tutulub.
 

Ucnoqta.az Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Trend-ə verilən məlumata istinadən bildirir ki, dekabrın 20-də Binəqədi qəsəbəsində yaşayan Rasim Çəltikov evində münaqişə zəminində arvadı Arifə Çəltikovanın boğaz nahiyəsinə bıçaqla xəsarət yetirib, nəticədə qadın hadisə yerində ölüb.
 

Faktla bağlı cinayət işi başlanılıb.
 

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə qətli törətməkdə şübhəli bilinən R.Çəltikovun getdiyi istiqamət müəyyən edilib. O, Xaçmaz rayonu ərazisində “Yalama” Sərhəd Keçid Məntəqəsində Binəqədi RPİ-nin 4-cü Polis Bölməsi və Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.

Xəbər xətti