Kamaləddin Heydərov belə qəbul keçirdi-Problemlər həll olundu FOTO

12:16 - 22 Dekabr 2017 - ÖLKƏ İÇİ

Fövqəladə hallar naziri Kəmaləddin Heydərov Oğuzda vətəndaşları qəbul edib.
 
"Ucnoqta.az" APA-ya istinadən xəbər verir ki, şəhərində, Oğuz Olimpiya İdman Kompleksinin inzibati binasında keçirilən qəbulda Oğuz, Şəki, Qax, Zaqatala, Balakən rayonlarının sakinləri və həmin rayonlarda məskunlaşmış məcburi köçkünlər iştirak edib.  
 
Fövqəladə hallar naziri tərəfindən qəbul edilən vətəndaşın müraciətlərinin bir çoxu yerində həllini tapıb, bir sıra məsələlərlə bağlı qanunvericiliyə uyğun zəruri tədbirlərin görülməsi barədə aidiyyəti strukturların rəhbərlərinə tapşırıqlar verilib.
 
Bundan başqa, müxtəlif məsələlərə bağlı müraciət etmiş vətəndaşlar nazir müavinləri və nazirliyin müvafiq baş idarə və qurum rəhbərliyi tərəfindən qəbul olunub.

Xəbər xətti