Sevgilisini öldürənə 17 il həbs verildi

21:37 - 22 Dekabr 2017 - Xəbər

Barda tanış olduğu qadını evində öldürməkdə təqsirləndirilən 42 yaşlı Vorobyov Sergey Nikaloyeviçin apellyasiya məhkəməsi başa çatıb.
 

Ucnoqta.az “Qafqazinfo”ya istinadən bildirir ki, 2017-cı ilin iyununda NZS qəsəbəsində Vorobyov Sergey Nikaloyeviçin evində 30-35 yaşlı qadın meyiti tapılıb. S.Vorobyov həmin qadınla bir ay əvvəl şəhərin mərkəzindəki barlardan birində tanış olub. Həmin vaxtdan sonra onlar Sergeyin NZS-dəki evində yaşamağa başlayıblar. Tək yaşayan Sergeylə bir aya yaxın eyni evdə qalan qadın onun sonrakı rəftarlarından narazı qalıb və cütlük arasında qısqanclıq münaqişələri yaranıb. Mayın 31-də onlar arasında dava-dalaş olub və həmin qadın Sergeyə bıçaqla hücum edib. Sevgilisinin əlindən bıçağı alan 42 yaşlı Sergey bir bıçaq zərbəsi ilə onu öldürüb. Qadının meyiti isə evdən iyunun 3-də tapılıb. Özünü “Arzu” kimi təqdim edən qadının isə İlahə Şahbazova olduğu müəyyən edilib.
 

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə S.Vorobyov 17 il müddətinə azadlıqdan məhrum edilib. S.Vorobyov cəzanın yüngülləşdirilməsi üçün apellyasiya şikayəti verib.
 

Bakı Apellyasiya Məhkəməsinin hakimi Abid Abdinbəyovun icraatında olan prosesdə qərar elan edilib. Qərara əsasən hökm dəyişdirilməyərək qüvvədə saxlanılıb.

Xəbər xətti