Millət vəkilinin oğluna yüksək vəzifə verildi - Təyinat

13:39 - 13 Dekabr 2017 - ÖLKƏ İÇİ

Azərbaycan Respublikası Dövlət Reklam Agentliyinin Müşahidə Şurasına sədr və üzvlər təyin edilib.
 
 
Ucnoqta.az report-a istinadən xəbər verir ki, Rəhimov Murad Arif oğlu Müşahidə Şurasının sədri, Əmrahov Azad Tahir oğlu və İsbatov İlqar Aydın oğlu isə Müşahidə Şurasının üzvləri təyin olunublar.
 
Qeyd edək ki, Murad Rəhimov millət vəkili Arif Rəhimzadənin oğludur.

Xəbər xətti