Rusiyanın “Satirikon” teatrı Bakıda qastrol tamaşası ilə çıxış edəcək

00:35 - 8 Dekabr 2017 - Mədəniyyət

Dekabrın 22-23-də Arkadi Raykin adına Rusiya Dövlət “Satirikon” Teatrı S.Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrında çıxış edəcək.
 
Ucnoqta.az APA-ya istinadən bildirir ki, dekabrın 22-də “Konstantin Raykin. Öz səsi ilə” poetik monotamaşası təqdim ediləcək.
 
Bu monotamaşada Rusiyanın xalq artisti Konstantin Raykin David Samoylov, Nikolay Zabolotskov, Nikolay Rubtsov, Osip Mandelştam, Lope de Veqa, Aleksandr Puşkin kimi şairlərin şeirlərini oxuyacaq və şərh edəcək.
 
Monotamaşa iki saat fasiləsiz davam edir.
 
Dekabrın 23-də isə “Konstantin Raykin. Öz səsi ilə” monotamaşası ilə yanaşı J.B.Molyerin eyniadlı pyesi əsasında hazırlanmış “Zorən təbib” birpərdəli tamaşası da nümayiş etdiriləcək. Konstantin Noviçkov, İlya Roqov, Yelena Qolyakova, Rozaliya Kayumova, Ulyana Lisitsina, Yaroslav Medvedyev və Daniil Puqayevin iştirak etdiyi tamaşanın quruluşçu rejissoru Konstantin Raykin, səhnə quruluşunun müəllifi Boris Valuyev, geyim rəssamı Mariya Danilovadır.

Xəbər xətti