"Müalicəm davam edir".
Bunu "Report"a açıqlamasında xalq artisti Fuad Poladov deyib.
Aktyor, özünü normal hiss etdiyini deyib: "Ev şəraitində müalicəmi davam etdirirəm. Həkimlər hələ ki, bir irəliləyişin olmadığını deyirlər".
Qeyd edək ki, aktyorun ağciyərində xərçəng aşkarlanıb. Fuad Poladov bu il iyulun 12-də Milli Onkologiya Mərkəzində qeydiyyata alınıb.