“Qəbələ”nin yarımmüdafiəçisi Filip Ozobiç “Keşlə” ilə matçdan sonra jurnalistlərə açıqlama verib.
Ucnoqta.az “Qafqazinfo”nun məlumatına istinadən bildirir ki, xorvat futbolçu qazandıqları qələbədən danışıb:
“Biz bilirdik ki, çətin oyun olacaq. Yaxşı ki, üç qol vurduq. Əsas olan isə qələbə qazanmaq idi. Növbəti qələbəyə görə hamımız sevinirik. Bəli, dubl etdim. Zədədən sonra işlərim qaydasında gedir və qollar vurmağım mənim üçün də yaxşıdı. Ümidvaram ki, bu cür də davam edəcəm. Əsas odu ki, hazırda zədəm yoxdu, hər şey yaxşıdı. “Qəbələ”nin “Keşlə”yə 100-cü qolunu mən vurdum? Bu haqda heç məlumatım yox idi. Şadam ki, 100-cü özüm vurmuşam".
“Səbail”ə qarşı ölkə kubokunda iki oyunumuz var. Məncə, hər iki matç da ağır keçəcək. Ancaq “Qəbələ” indi yaxşı formadadı. Uğurlu çıxış edə bilərik. Yaxşı nəticələrin ardını “Səbail”lə oyunda da gətirərək mərhələ adlamaq istəyirik. Həm ölkə çempionatında, həm də ölkə kubokunda mübarizə aparmaq bizim üçün çətin deyil. Bu belə də olmalıdı. “Qəbələ” hər iki cəbhədə uğurlu nəticə üçün oynayır. İndi əsas olan “Səbail”i keçməkdi. Sonra isə oyunlar çoxdu”.