“İrana dünən gəldik və ilk məşqimizi keçirdikdən sonra örtüyün - terafliksin bir qədər ağır olduğunu gördük. Təbii ki, bunu bəhanə kimi qeyd etmirik. Bu gün maraqlı və gərgin oyun izlədik”.
“Qafqazinfo” xəbər verir ki, bu fikirləri Azəraycan futzal yığmasının baş məşqçisi Joze Alesio Da Silva bildirib.
Onun fikrincə, İstafan şəhərindəki beynəlxalq turnirin startında meydan sahibləriylə 3:3 hesablı bərabərliyə qaldıqları matçda hər iki komandanın qələbə qolunu vurmaq üçün şansları var idi: Bu gün futzal adına yaxşı oyunun şahidi olduq. Hesab oyuna görə oldu.
Futzalçıların aqressiv çıxışına gəldikdə, bununla bağlı xüsusi göstəriş verməmişdim. İran millisi haqda da xoş sözlər demək olar. Komanda dünya çempionatının bürünc mükafatçısıdır. Artıq sabah Rusiya ilə keçirəcəyimiz oyun haqda düşünməliyik”.