Fransanın “Monako” klubu Türkiyə millisinin futbolçusu Arda Turanın xidmətində maraqlıdır.
“Report” “Mundo Deportivo”ya istinadən xəbər verir ki, knyazlıq təmsilçisinin baş məşqçisi Leonardu Jardim İspaniyanın “Barselona” komandasında heyətə düşə bilməyən 30 yaşlı yarımmüdafiəçini sərəncamında görmək istəyir.
“Monako” ilə yanaşı, adı açıqlanmayan Çin klublarında biri də Turanı transfer etmək niyyətindədir. Kataloniya təmsilçisinin yaxın həftələrdə onun keçidi ilə bağlı danışıqlara başlayacağı bildirilir.
Qeyd edək ki, 2015-ci ilin yayında 34 milyon avro qarşılığında “Atletiko”dan “Barselona”ya keçən Arda Turan La Liqanın geridə qalan XIII turunda meydana çıxmayıb. Baş məşqçi Ernesto Valverde hələ yay fasiləsində Ardanı heyətdə görmədiyini açıqlayıb. Lakin türkiyəli futbolçu Kataloniya klubunda qalmağı və özünü sübut etməyi üstün tutub.