Bu gün DÇ-2018-in püşkü atılır

11:07 - 1 Dekabr 2017 - İDMAN

Moskvada Dövlət Kreml Sarayında keçiriləcək və Bakı vaxtı ilə 19:00-da start götürəcək

Bu gün gələn il Rusiyada keçiriləcək futbol üzrə dünya çempionatının püşkatma mərasimi keçiriləcək. 
Ucnoqta.az Qol.az-a istinadən xəbər verir ki, püşkatma mərasimi Moskvada Dövlət Kreml Sarayında keçiriləcək və Bakı vaxtı ilə 19:00-da start götürəcək. 
Püşkatma mərasiminin aparıcıları ingiltərəli veteran futbolçu Hari Lineker və rusiyalı telejurnalist Mariya Komandnaya olacaqlar. 
Rusiya millisi meydan sahibi kimi avtomatik A qrupunun 1-ci komandası olacaq. 
Püşk öncəsi səbətlətin tərkibi aşağıdakı kimidir:
 
A səbəti: Rusiya, Almaniya, Braziliya, Portuqaliya, Argentina, Belçika, Polşa, Fransa;
B səbəti: İspaniya, Peru, İsveçrə, İngiltərə, Kolumbiya, Xorvatiya, Meksika, Uruqvay;
C səbəti: Danimarka, İsveç, İslandiya, Kosta-Rika, Tunis, Misir, Seneqal, İran;
D səbəti: Serbiya, Nigeriya, Yaponiya, Mərakeş, Panama, Cənubi Koreya, Səudiyyə Ərəbistanı, Avstraliya.
 

Qeyd edək ki, DÇ-2018 14 iyun - 15 iyulda Rusiyanın 11 şəhərində keçiriləcək.

Xəbər xətti