Bu gün Dünya Çempionatının püşkü atılır

10:02 - 1 Dekabr 2017 - İDMAN

Bu gün 2018-ci ildə Rusiyada keçiriləcək futbol üzrə Dünya Çempionatının püşkatma mərasimi keçiriləcək. 
 

Ucnoqta.az Modern.az-a istinadən xəbər verir ki, püşkatma mərasimi Moskvadakı Kreml Sarayında keçiriləcək və Bakı vaxtı ilə 19:00-da başlayacaq. 

Püşkatma mərasiminin aparıcıları ingiltərəli veteran futbolçu Hari Lineker və rusiyalı telejurnalist Mariya Komandnaya olacaqlar. 

Rusiya millisi meydan sahibi kimi avtomatik A qrupunun 1-ci komandası olacaq. 


Püşk öncəsi səbətlətin tərkibi aşağıdakı kimidir:


A səbəti: Rusiya, Almaniya, Braziliya, Portuqaliya, Argentina, Belçika, Polşa, Fransa;

B səbəti: İspaniya, Peru, İsveçrə, İngiltərə, Kolumbiya, Xorvatiya, Meksika, Uruqvay;

C səbəti: Danimarka, İsveç, İslandiya, Kosta-Rika, Tunis, Misir, Seneqal, İran;

D səbəti: Serbiya, Nigeriya, Yaponiya, Mərakeş, Panama, Cənubi Koreya, Səudiyyə Ərəbistanı, Avstraliya.

Qeyd edək ki, DÇ-2018 14 iyun - 15 iyulda Rusiyanın 11 şəhərində keçiriləcək.

Xəbər xətti