Sonuncu Nobel mükafatçısının romanı Azərbaycan dilinə tərcümə olunub

16:03 - 30 Noyabr 2017 - Mədəniyyət

Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin yeni nəşri – yapon əsilli Britaniya yazıçısı, 2017-ci il Ədəbiyyat üzrə Nobel mükafatı laureatı Kazuo İşiquronun “O günlərdən qalanlar” kitabı işıq üzü görüb.
 
Ucnoqta.az Mərkəzdən APA-ya bildirilən məlumata istindən xəbər verir ki, “Təpələrin solğun mənzərəsi”, “Biz yetim olanda”, “Məni heç vaxt buraxma” kimi romanları ilə şöhrət qazanmış yazıçının bu əsəri 1989-cu ildə Londonda işıq üzü görüb və elə həmin il Buker mükafatına layiq görülüb. Romanda, hadisələr yazıçının digər əsərlərində olduğu kimi, birinci şəxsin dilindən nəql edilir.
 
Əsərin tərcüməçisi Saday Budaqlı, redaktoru Mahir N.Qarayevdir.

Xəbər xətti