“Keşlə”nin prezidenti futbolçuların həbsindən danışdı

11:14 - 30 Noyabr 2017 - İDMAN

"Yəqin ki, indi onlarda hansısa məlumat var ki, Nizami və Mirhüseyni həbs ediblər. Biz də polisdən cavab gözləyirik”

“Keşlə”nin prezidenti Zaur Axundov futbolçuları Nizami Hacıyev və Mirhüseyn Seyidovun həbsinə münasibət bildirib. Ucnoqta.az xəbər verir ki, “Qafqazinfo”ya açıqlama verən klub rəsmisi məlumatı təsdiq edib.
O bildirib ki, hüquq-mühafizə orqanları araşdırmaları davam etdirir və rəsmi məlumat yayacaqlar: “Biz dəfələrlə oyun alqı-satqısının qarşısını almaq üçün seminarlar keçirmişik. Dəfələrlə demişik ki, belə şeylər olmamalıdır. Bu seminarlarda hüquq-mühafizə orqanlarının əməkdaşları da iştirak ediblər. Yəqin ki, indi onlarda hansısa məlumat var ki, Nizami və Mirhüseyni həbs ediblər. Biz də polisdən cavab gözləyirik”.
 

Axundov klub tərəfindən hüquq-mühafizə orqanlarına heç bir müraciət olunmadığını bildirib: “Yox, biz heç kimə bu barədə nəsə deməmişik. Sadəcə onlar özləri araşdırırlar. Hələlik yalnız 2 futbolçunu həbs ediblər. Hər şey ola bilər. Qoy bu hamıya dərs olsun”.

Xəbər xətti